SİYASİ MƏHBUSLAR AZADLIQDA
Misirin paytaxtı Qahirədə daha bir kütləvi aksiya keçirilib. Fevralın 8-də Təhrir meydanına toplaşan yüz minlərlə aksiyaçı prezident Hüsnü Mübarəkin istefasını tələb edib. Yanvarın 25-dən başlayan fasiləsiz aksiya davam edir. 8 fevral mitinqində “Google” portalının Yaxın Şərq şöbəsinin top-meneceri Vael Qonimin də iştirak etdiyi bildirilir. O, igtişaş törətməkdə təqsirləndirilərək 12 sutka həbs cəzası almışdı. Prezident Hüsnü Mübarək fevralın 8-də konstitusiya islahatları aparacaq komissiya formalaşdırıb. Konstitusiyada əsas islahatların prezidentin səlahiyyət müddətinin 6 ildən 4 ilə endirilməsi və iki dəfədən artıq dalbadal seçilməyin yasaqlanması olacağı bildirilir.
9 Fevral, 2011 16:35 ⁄ Baxılıb: 1671
Bu bölmədə23 Aprel, 2024 Aİ İrana qarşı sanksiyalarını davam etdirir1 Mart, 2024 Zelenskinin Ermənistana səfəri baş tutmayacaq22 Noyabr, 2022 Putin Soltanovskiyi vəzifəsindən azad etdi25 Oktyabr, 2022 Britaniyanın yeni Baş naziri vəzifəsinin icrasına başladı |