Simsar.az | bizi özünüzə Simsar bilin
Dünya bazarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib

Misirdəki vəziyyətin nisbətən sabitləşməsi və ABŞ-ın xam neft ehtiyatı barədə məlumatlar fonunda dünya bazarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib.

SalamNews “Reuters” agentliyinə istinadən xəbər verir ki, “NYMEХ” (New York Merchantile Ex) birjasında “Light Sweet Crude Oil” yüngül neft markasına olan mart fyuçersləri 0,54 dollar azalaraq bir barel üçün 86,94 dollar olub.

Şimal dənizi neft markası olan “Brent Crude Oil” üçün isə mart fyuçerslərinin dəyəri bir barel üçün 0,67 dollar artım ilə 99,92 dollar təşkil edib.

9 Fevral, 2011  14:53 Baxılıb: 1790

Bu bölmədə