Simsar.az | bizi özünüzə Simsar bilin
Pakistanda polis və hərbçilər hədəfə alınıb

Pakistanın şimal-qərbində rəsmilər ayrı-ayrılıqda baş verən bomba partlayışları nəticəsində iki əsgərin və bir polis zabitinin həlak olduğunu xəbər verirlər.

Milli.Az xəbər portalı "Amerikanın səsi"nə istinadən bildirir ki, birinci hücum Pişəvər şəhəri yaxınlığında baş verib.  Polis bombanın uzaqdan idarə edilən cihaz vasitəsilə işə salındığını bildirir.  Partlayış bir polis zabitini öldürmüş, azı üç adamı yaralamışdır.  Hücuma görə heç kim məsuliyyəti öz üzərində götürməyib.

Rəsmilər Bannu qəsəbəsində hərbi kanvoy keçərkən baş verən yolkənarı bomba partlayışı nəticəsində iki əsgərin öldüyünü, azı dördünün yaralandığını bildirir.

9 Fevral, 2011  04:27 Baxılıb: 1791

Bu bölmədə