Ədalət partiyasından özünə və MSK-ya ittiham
Elxan Şükürlü partiya yoldaşına Yapçı dedi Fevralın 7-də Mərkəzi Seçki Komissiyasının (MSK) səlahiyyət müddəti başa çatıb və qurumun 18 nəfərdən ibarət yeni tərkibinin Milli Məclisin növbəti iclasında formalaşdırılacağı gözlənilir. Ancaq belə görünür ki, bu proses Milli Məclis üçün o qədər də asan keçməyəcək. MSK-nın təşkilində iştirak hüququ olan partiyalardan birinin – Ədalət Partiyasının sədr müavini Elxan Şükürlünün Simsar.az-a açıqlamasında MSK-nın yenidən təşkili prosesinin qeyri-şəffaf və qanunsuzluq şəraitində aparıldığı bildirilib. E.Şükürlünün dediyinə görə, MSK-nın parlamentdə azlıq təşkil edən partiyalarının bəzilərinin adından MSK rəhbəri Məzahir Pənahov Milli Məclisə nümayəndələr tövsiyə edib: “Konkret olaraq, bizim MSK-dakı köhnə nümayəndəmiz Oktay Hümbətlinin adı yenidən Milli Məclisə tövsiyə edilib ki, bu da böyük bir saxtakarlıq və qanunsuzluqdur. Çünki həm qanunla Məzahir müəllimin belə bir səlahiyyəti yoxdur, həm də hər hansı partiyanın qərarı olmadan onun əvəzindən kiminsə adını Milli Məclisə göndərmək böyük saxtakarlıq əməlidir. Əgər MSK-nın tövsiyə məktubu ortaya çıxsa, faktiki, Məzahir Pənahova ən azı iki maddə ilə cinayət işi açılmalıdır”.
8 Fevral, 2011 21:16 ⁄ Baxılıb: 1838
Bu bölmədə26 Aprel, 2024 İlham Əliyev Berlindədir17 Aprel, 2024 İlham Əliyev qəbul keçirdi |