Simsar.az | bizi özünüzə Simsar bilin
Hüsnü Mübarək hakimiyyətin dəyişilməsi planını hazırlatdırır

Misir prezidenti Hüsnü Mübarək ölkədə hakimiyyətin dinc yolla ötürülməsi barədə dəqiq zaman çərçivələrinin əks olunduğu plan hazırlanmasına dair tapşırıq verib.

Bunu Misirin vitse-prezidenti Ömər Süleyman deyib. O bildirib ki, ölkə başçısı əldə edilmiş razılaşmalara uyğun olaraq hakimiyyətin sülh yolu ilə təhvil verilməsinə dair dəqiq “yol xəritəsi” hazırlanmasını istəyib. Bundan başqa, Konstitusiya islahatı və qanunvericilik sahəsində dəyişikliklərlə məşğul olacaq Konstitusiya komissiyası da yaradılacaq.

8 Fevral, 2011  19:51 Baxılıb: 1863

Bu bölmədə