Mübarək təzə komandası ilə iclas elədi
Fevralın 7-də Misirdə prezident Mübarəkin istefası tələbilə mitinqlər davam edib.
Qahirənin Təhrir meydanına yenə də minlərlə insan toplaşaraq “İstefa” şüarları səsləndiriblər. Düzdür, mitinqçilərin sayı keçən həftəkindən daha azdır və tanklar meydan ətrafında halqanı getdikcə daraltmaqdadırlar. Amma etirazçılar geri çəkilmək fikrində deyillər. Onların bəziləri tankların qarşısında uzanıblar və bununla tankların meydana doğru irəliləməsinə yol verməyəcəklərini nümayiş etdirirlər. Etirazçıların bəziləri naharlarını da meydanda edirlər. Prezident Mübarək isə istefaya gedənə oxşamır. Fevralın 7-də o, yeni hökumətin iclasını keçirib. Bu arada Qahirədə həyatın normal axara qayıtmasının ilk əlamətləri gözə dəyməyə başlayıb. Dükanlar, banklar açılıb. Vitse-prezident Ömər Süleyman müxalifət liderləri ilə görüşlərini davam etdirir. Vitse-prezidentin Konstitusiya islahatları layihəsi hazırlayacaq komitənin yaradılmasına razılıq verdiyi bildirilir.
8 Fevral, 2011 16:39 ⁄ Baxılıb: 1827
Bu bölmədə23 Aprel, 2024 Aİ İrana qarşı sanksiyalarını davam etdirir1 Mart, 2024 Zelenskinin Ermənistana səfəri baş tutmayacaq22 Noyabr, 2022 Putin Soltanovskiyi vəzifəsindən azad etdi25 Oktyabr, 2022 Britaniyanın yeni Baş naziri vəzifəsinin icrasına başladı |