Yenə keyfiyyətsiz ərzaq malları
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti növbəti monitorinqlər keçirmişdir. Nazirliyin mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, Suraxanı rayonunun Zığ qəsəbəsində "Ailə market"də, "555 supermarket"də, Zaur Ağayevə, Çiçək Qəmbərovaya məxsus mağazalarda, Xətai rayonunda "Bizim market"də, "Məhəllə market"də, Aidə Məmmədovaya, Binnət Quliyevə və Qəhrəman Qarayevə məxsus mağazalarda, "Beta market"də, Gəncə şəhərində "Abbasoğlu market"də, Fariz Məmmədova məxsus mağazada, Şəki şəhərində "Rəhman" mağazasında, Qazax şəhərində Məzahir Budaqova, Qazax rayonunda Əli Mustafayevə, Ucar rayonunda Nicat Əsgərova məxsus mağazalarda ümumi çəkisi 400 kiloqramdan çox, saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilmişdir.
8 Fevral, 2011 15:07 ⁄ Baxılıb: 1782
Bu bölmədə5 Yanvar, 2023 Azərbaycan nefti kəskin ucuzlaşdı24 Noyabr, 2022 Azərbaycan nefti ucuzlaşdı23 Noyabr, 2022 Bu günə olan valyuta məzənnələri18 Noyabr, 2022 Bu günə olan valyuta məzənnələri18 Noyabr, 2022 Azərbaycan nefti ucuzlaşmaqda davam edir |