Simsar.az | bizi özünüzə Simsar bilin
Tunisdə yenə qan axdı

Tunisin devrilən prezidenti Zeynal Abidin Bin Alinin partiyasının fəaliyyəti qadağan edilib.

Lent.az-ın “trt.net.tr” saytının Azərbaycan versiyasına istinadən verdiyi məlumata görə, Daxili İşlər Nazirliyi Demokratik Konstitusion Partiyanın fəaliyyətinin dayandırıldığını, partiyanın bürolarının da bağlanacağını açıqlayıb.

Ölkədəki gərginlik isə davam edir. Həftə sonunda olayların ilk başladığı Sidi Buzidlə yanaşı ölkənin mərkəzi hissəsindəki Kebilli və şimal-qərbdəki Kef şəhərlərində nümayişlər keçirilib. Dünən Kebillidəki nümayişlərdə bir nəfər ölüb. Kefdə isə təhlükəsizlik qüvvələrinin nümayişçilərə açdığı atəş nəticəsində ölənlərin sayı 4-ə çatıb.

8 Fevral, 2011  02:34 Baxılıb: 1716
Teqlər :

Bu bölmədə