Simsar.az | bizi özünüzə Simsar bilin
Nizami Cəfərov: Soyad sonluqları haqqında qanun qəbul edilərsə, soyadlardan istifadə məcburi olacaq

“Azərbaycanda soyad sonluqları haqqında qanun qəbul edilərsə, yeni soyadlardan istifadə məcburi olacaq”. Bu fikirləri Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov deyib.

SalamNews hakim partiyanın rəsmi internet saytına istinadən bildirir ki, N.Cəfərov hazırda bu soyadları daşıyan şəxslər üçün yeni soyad sonluqlarının məcburi olmadığını deyib.

Onun sözlərinə görə, qaydalar yeni doğulanlar üçün tətbiq ediləcək.

Komitə sədri xatırladıb ki, AMEA-nın nəzdindəki adlar və soyadlar komissiyasının soyad sonluqları haqqında qərarı tövsiyə xarakteri daşıyır.

8 Fevral, 2011  00:25 Baxılıb: 2076

Bu bölmədə