Simsar.az | bizi özünüzə Simsar bilin
Dağıstan parlamentinin sədri bu gün Bakıya gəlir

Dağıstan Respublikası Xalq Məclisinin sədri Maqomed-Sultan Maqomedov bu gün Bakıya işgüzar səfərə gəlir.

 

Dağıstanın Azərbaycandakı daimi nümayəndəliyindən APA-ya verilən məlumata görə, M. Maqomedov bu gün Milli Məclisin sədri Oqtay Əsədovla görüşəcək.

Səfərin əsas məqsədi Azərbaycan Milli Məclisi ilə Dağıstan Xalq Məclisi arasında imzalanması gözlənilən saziş üzərində iş aparmaqdır.

 

7 Fevral, 2011  22:40 Baxılıb: 1655

Bu bölmədə