Simsar.az | bizi özünüzə Simsar bilin
Hakerlər dünyanın ən böyük birjasının başına "it oyunu" açdılar

"Nasdag"ın kompüter sisteminə hücum barədə informasiya niyə gizlədilir?

Milli.Az xəbər portalı "Wall Street Journal"a istinadən bildirir ki, dünyanın ən böyük fond birjası sayılan Nyu-Yok Qiymətli Kağızlar Birjasının komputer şəbəkəsinə xidmət edən "Nasdag OMX Group İnc" korporasiyasının sisteminə haker hücumu olub.

Hakerləri "Directors Desk" sistemi maraqlandırıb. Həmin sistem birjada səhm alveri edən şirkətlər və rəhbərlik arasında məxfi məlumatların mübadiləsini təmin edir.
"Nasdag OMX"in nümayəndəsi Frek De Mariyanın dediyinə görə, ABŞ-ın Ədliyyə Nazirliyi onlara müraciət edərək birjanın kompüter sisteminə haker hücumunun təfərrüatları barədə məlumatları heç olmasa, fevralın 14-dək açıqlamamağı xahiş edib.

"Lakin bu "it oyunu" barədə müştərilərimizə qısa da olsa, məlumat verməliydik və bunu da etdik", - De Mariya deyib.

7 Fevral, 2011  04:00 Baxılıb: 1886

Bu bölmədə