Simsar.az | bizi özünüzə Simsar bilin
İranda xarici mətbəxdən danışmaq qadağan olundu

Yasaq ölkədəki bütün telekanallara aiddir.

Milli.Az xəbər portalı AP-yə istinadən bildirir ki, İranın dövlət teleradio yayımları şirkətinin rəhbərliyi xarici ölkələrin mətbəxindən bəhs olunan bütün kulinar verilişlərin nümayişini qadağan edib. Yasaq ölkədəki bütün telekanallara aiddir.

Müşahidəçilər hesab edirlər ki, yasaq İranın hakimiyyət dairələrinin son vaxtlar ölkədə vətənpərvərlik və "milli ruh"un təblilatına yönəlmiş tədbirlər çərçivəsindədir.

İranın dövlət "jamejamonline.ir" xəbər saytının verdiyi məlumata görə, İranın dövlət teleradio yayım şirkətinin direktor müavini Əli Dərabi ölkədəki 30 dövlət telekanalından birində olarkən yasağı açıqlayıb.

7 Fevral, 2011  03:05 Baxılıb: 3421

Bu bölmədə