Simsar.az | bizi özünüzə Simsar bilin
Sabah Metyu Brayza Bakıya gəlir

Bu barədə ANS-ə ABŞ-ın Azərbaycandakı Səfirliyindən məlumat verilib

ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri Metyu Brayza sabah Bakıya gəlir. Bu barədə ANS-ə ABŞ-ın Azərbaycandakı Səfirliyindən məlumat verilib.

Qeyd edək ki, Birləmiş Ştatlar prezidenti Barak Obama 2010-cu il 30 dekabr tarixində xüsusi səlahiyyətindən istifadə edərək Konqresin tətildə olduğu bir vaxtda Metyu Brayza da daxil olmaqla, müxtəlif vəzifələrə namizəd olan 6 nəfəri Senatın təsdiqi olmadan səfir təyin edib. Ölkə konstitusiyasına görə, ABŞ prezidentinə Senat tətildə olarkən, ölkədəki əsas vəzifələrə təyinat etmək hüququ verilir. ABŞ qanunvericiliyinə əsasən, bu cür üsulla təyin olunmuş şəxs öz vəzifəsində Senatın növbəti sessiyasının bitməsinə qədər işləyə bilər. Bu halda isə Metyu Brayza Azərbaycandakı səfir vəzifəsində Senatın əlavə təsdiqi olmadan yalnız 1 il ərzində çalışa bilər.

6 Fevral, 2011  02:36 Baxılıb: 1802

Bu bölmədə