Simsar.az | bizi özünüzə Simsar bilin
Belqradda kütləvi etiraz aksiyası keçirilir

Serbiyanın paytaxtı Belqradda müxalifət partiyaları son illərin ən iri mitinqini keçirir. Etiraz aksiyasına toplaşanlar ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edirlər.

APA-nın «RİA Novosti»yə istinadən verdiyi məlumata görə, on minlərlə insanın toplaşdığı aksiyanın təşkilatçısı rolunda başda son prezident seçkilərinin daimi iştirakçısı olan tananmış siyasətçi Tomislav Nikoliç olmaqla Serbiya Mütərəqqi Partiyası çıxış edir.

Mitinq iştirakçıları hesab edirlər ki, hakimiyyət qüvvələri başda prezident Boris Tadiç olmaqla sosial sahə, iqtisadi sfera və xarici siyasətdəki problemlərin öhdəsindən gələ bilmir. Son vaxtlar ölkədə bir neçə tətil keçirilib və bu aksiyalarda polis əməkdaşları, taksi sürücüləri və məktəb müəllimləri iştirak ediblər. Onların tələbləri isə iş şəraitinin yaxşılaşdırılması və əmək haqlarının artırılması ilə bağlı olub.

6 Fevral, 2011  00:03 Baxılıb: 1838

Bu bölmədə