Amerika Mübarəkin devrilməsi planını hazırlayıb?
Misirdə etirazlar davam etdiyi halda, ABŞ Hüsnü Mübarəkin istefasına aparacaq yollar axtarır. “New York Times”ın yazdığına görə, Obama Misirin yüksəkçinli məmurları ilə Mübarəkin hakimiyyətini sona çatdıracaq bir plan üzərində işləyir. Qəzet bu iddiaları amerikalı diplomatlar və bəzi ərəb ölkələrinin məmurlarına əsaslanaraq yazıb. Belə ki, hazırlanan plana əsasən, Misir ordusunun dəstəyi ilə Mübarəkin hakimiyyətini Misirin vitse-prezidenti Ömər Süleymanın rəhbərlik edəcəyi müvəqqəti bir hökumətə təhvil verilməsi planlaşdırılır. Xəbərdə Mübarəkin hələlik vəzifəsindən getmək istəmədiyi, eyni zamanda ABŞ və Misir hökumət nümayəndələrinin vitse-prezident Ömər Süleyman, Misirin baş qərargah rəhbərii, general leytenant Sami Enan və Misirin təhlükəsizlik naziri Mareşal Muhammed Tantavinin dəstəyinə arxalanaraq, ölkədə dərhal konstitutsional islahatlar dövrünün başlanması məqsədilə bir plan həyata keçirməyi niyyətində olduqları qeyd edilib.
5 Fevral, 2011 02:18 ⁄ Baxılıb: 1836
Bu bölmədə26 Aprel, 2024 İlham Əliyev Berlindədir17 Aprel, 2024 İlham Əliyev qəbul keçirdi |