Simsar.az | bizi özünüzə Simsar bilin
Ayətulla Xamenei misirliləri İslam rejimi qurmağa çağırdı

Avropa İttifaqının liderləri isə Misir hökuməti ilə müxalifət arasında dialoqa çağırırlar.

Milli.Az xəbər portalı "Amerikanın səsi"nə istinadən bildirir ki, Aİ Xarici Siyasət İdarəsinin rəhbəri Katerin Aşton deyib ki, xalq və hökumətin birlikdə irəliyə doğru addımlaması mühümdür. Avropa İttifaqının Brüsseldə keçirilən sammitində iştirak edən Britaniya baş naziri Deyvid Kameron deyib ki, Misir hökuməti keçidə doğru aydın və etibarlı cığırın açılmasını təmin etməlidir.

Onun sözlərinə görə, indiyədək atılmış addımlar Misir xalqının arzularına cavab verməyib.  Bu arada İranın ali dini rəhbəri Ayətulla Əli Xamenei Misirdəki üsyanın regionda İslami dəyərlərə hörmətin göstərici kimi qiymətləndirib. O, misirliləri ölkədə İslam rejimi qurmağa çağırıb.

5 Fevral, 2011  02:05 Baxılıb: 1818

Bu bölmədə