Simsar.az | bizi özünüzə Simsar bilin
Qarabağ və Respublika Uğrunda Hərəkatın liderləri bir araya gəldi

Qarabağ və Respublika uğrunda hərəkatı bərpa etməyə təşəbbüs göstərən dörd siyasi partiya sədri bu gün Ümid Partiyasının qərargahında bir araya gəlib.

Ümid Partiyasının mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, dörd saatdan çox davam edən toplantıda Ümid Partiyasının sədri İqbal Ağazadə, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan iştirak ediblər. 

Görüş zamanı Qarabağ və Respublika uğrunda hərəkatın bərpası məqsədi üçün görülməsi nəzərdə tutulan işlər, rəsmi sənədlərin və əsasnamənin hazırlanması məsələləri müzakirə olunub.

Hərəkat rəhbərləri eyni zamanda hərəkatın bərpasından sonra yaradılması nəzərdə tutulan strukturların hansı şəkildə formalaşdırılması haqqında da fikir mübadiləsi aparıb.

4 Fevral, 2011  20:46 Baxılıb: 1759

Bu bölmədə