Simsar.az | bizi özünüzə Simsar bilin
Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümünə həsr olunmuş qızıl xatirə sikkəsi buraxılacaq

APA-ECONOMICS. Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümünə həsr olunmuş qızıl xatirə sikkəsi buraxılacaq.

AMB-dən «APA-ECONOMICS»ə verilən məlumata görə, sikkənin buraxılması ölkə prezidentinin «Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü haqqında» sərəncamına əsasən həyata keçiriləcək. Bununla bağlı xatirə sikkəsinin dizaynının tərtib edilməsi məqsədilə AMB tərəfindən mart ayının 10-dək ölkədaxili müsabiqə keçiriləcək, qalibə 2 000 manat məbləğində pul mükafatı veriləcək.

Təqdim olunacaq eskizlərin qiymətləndirilməsi və qalibin müəyyən edilməsi münsiflər heyəti tərəfindən aparılacaq, qalib gəlmiş eskiz əsasında qızıl xatirə sikkəsinin dizaynı hazırlanacaq.

4 Fevral, 2011  20:31 Baxılıb: 1908

Bu bölmədə