Albaniyada insanlar küçələrə axışacaq
Albaniyada yanvarın 21-də müxalifətin keçirdiyi etiraz aksiyası zamanı 3 nəfərin ölməsindən sonra ölkədə başlayan siyasi gərginlik davam edir. Simsar.az-ın “trt.net.tr” saytının Azərbaycan versiyasına istinadən verdiyi məlumata görə, müxalifətdəki sol partiyalar yeni aksiyalara hazırlaşır. Sabah eyni vaxtda ölkənin 4 şəhərində aksiyalar keçiriləcək. Nümayişlərin hədəfində isə Sali Berişa rəhbərliyindəki koalisiya hökuməti var. Müxalifət hökumətin iqtidardan uzaqlaşdırılmasını, növbədənkənar parlament seçkilərinin keçirilməsini və 21 yanvardakı olayların geniş miqyaslı istintaqının aparılmasını tələb edir.
3 Fevral, 2011 22:48 ⁄ Baxılıb: 1731
Bu bölmədə23 Aprel, 2024 Aİ İrana qarşı sanksiyalarını davam etdirir1 Mart, 2024 Zelenskinin Ermənistana səfəri baş tutmayacaq22 Noyabr, 2022 Putin Soltanovskiyi vəzifəsindən azad etdi25 Oktyabr, 2022 Britaniyanın yeni Baş naziri vəzifəsinin icrasına başladı |