Müsavat AXCP-ni otağından çıxardı
Qarşıdurma dərinləşir Azərbaycan Xalq Cəbhəsi Partiyası Müsavat Partiyasının qərargahında ayrılmış bir otaq onların əlindən alınıb. Simsar.az-ın məlumatına görə, ötün gün AXCP sədri Əli Kərimli ilə Müsavat başqanı İsa Qəmbər arasında qarşıdurma yaranıb. Belə ki, dünən saat 12.00-da Müsavat Partiyasının Müavinliyinin, AXCP-nin isə Rəyasət Heyətinin iclası keçirilməli imiş. Hər iki iclas Müsavatın qərargahında nəzərdə tutulub. 12 radələrində Ə. Kərimli və İ. Qəmbər eyni anda Müsavat Partiyasının qərargahı qarşısında avtomobildən düşüblər. Bu zaman İ. Qəmbər Ə. Kərimliyə “Azadlıq” qəzetində ona qarşı kampaniya aparıldığını deyib və buna son qoymağı tələb edib. İ. Qəmbər “Azadlıq” qəzetində Sülhəddin Əkbərin müsahibəsində “a” və “b” planları barədə fikirlərini nəzərdə tutub. İ. Qəmbərin xəbərdarlığından sonra tərəflər arasında kəskin dialoq yaranır. Tərəflər bir-birini sərt şəkildə ittiham edirlər. Bundan sonra Müsavat rəhbərliyi AXCP-yə dərhal Müsavat Partiyasının qərargahını tərk etmək tapşırığı verir. AXCP rəhbərliyi Rəyasət Heyətinin iclasını təxirə salır və Müsavat qərargahındakı əşyalarını da toplayaraq oranı tərk edir.
3 Fevral, 2011 18:16 ⁄ Baxılıb: 1720
Bu bölmədə26 Aprel, 2024 İlham Əliyev Berlindədir17 Aprel, 2024 İlham Əliyev qəbul keçirdi |