Simsar.az | bizi özünüzə Simsar bilin
Qahirədə bir gün ərzində baş verən toqquşmalarda 8 nəfər ölüb

Yanvarın 25-də başlayan hökumət əleyhinə nümayişlərdə ölənlərin sayı 300-ü ötüb

Fevralın 3-də səhərə yaxın Misirin paytaxtı Qahirənin Təhrir meydanında Hüsnü Mübarəkin tərəfdarları ilə əleyhdarları arasında baş verən toqquşmada 5 nəfər ölüb. Fevralın 2-də gündüz saatlarında ölən 3 nəfərlə birlikdə həlak olanların sayı 8-ə yüksəlib, yaralıların sayı isə yüzlərlədir. APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, şahidlər H. Mübarək tərəfdarlarının nümayişçilərə odlu silahdan atəş açdığını bildiriblər. 26 yaşlı Məhəmməd Seyid Mustafa “indiyədək belə bir şey olmamışdı, bu, vətəndaş müharibəsidir”, deyib. Ümumilikdə yanvarın 25-də başlayan hökumət əleyhinə nümayişlərdə ölənlərin sayı 300-ü ötüb. 

Misir hökuməti isə beynəlxalq ictimaiyyətin çağırışlarına rəsmi etirazını ifadə edib. Misir Daxili İşlər Nazirliyinin sözçüsü Hüsam Zəki bu çağırışların Misirdəki vəziyyəti gərginləşdirməyə xidmət etdiyini söyləyib: “ABŞ, İngiltərə, Fransa kimi Qərb dövlətləri, hətta Türkiyənin Misirdəki proseslərə burunlarını soxmalarını görmək çox üzücüdür. Bu ölkələr öz işləri ilə məşğul olsunlar”.

3 Fevral, 2011  15:45 Baxılıb: 1776

Bu bölmədə