Simsar.az | bizi özünüzə Simsar bilin
İqbal Ağazadə USAİD əməkdaşı ilə görüşüb

Bu gün Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə USAİD-in əməkdaşı Cerald F. Himən ilə görüşüb.

Partiyanın mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, görüş zamanı Ümid Partiyası ilə USAİD arasında əməkdaşlıq məsələləri, 2010-cu il parlament seçkilərindən sonra Ümid Partiyasının həyata keçirdiyi siyasət, yaxın 3 il ərzində Ümid Partiyasının həyata keçirəcəyi planlar və ölkənin demokratikləşdirilməsi yolunda nəzərdə tutulmuş proqramlar müzakirə olunub. 

USAİD-in Azərbaycanda həyata keçirdiyi layihələr və həyata keçirilməsi nəzərdə tutulan planlarla bağı da müzakirələr aparılıb.

2 Fevral, 2011  21:44 Baxılıb: 1903

Bu bölmədə