Simsar.az | bizi özünüzə Simsar bilin
Mübarəkin tərəfdarları ilə əleyhdarları toqquşdu

Misirdə Hüsnü Mübarəkin tərəfdarları ilə əleyhdarları arasında toqquşma baş verib

Misir paytaxtında prezident Hüsnü Mübarəkin tərəfdarları və əleyhdarları arasında qarşıdurma baş verib.

APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, Qahirənin Təhrir meydanında iki tərəf zopalarla bir-birinə hücum edib. Bəzi şəxslərin başından yaralandığı bildirilir.

Xatırladaq ki, H. Mübarəkin gecə televiziya ilə çıxışından sonra onun tərəfdarları bu səhər televiziya binasının qarşısına toplaşıb.

2 Fevral, 2011  21:33 Baxılıb: 1729

Bu bölmədə