Simsar.az | bizi özünüzə Simsar bilin
Heydər Əliyev adına hava limanı 2013-cü ildə belə olacaq

Yeni terminalın tikintisi başlanır

ARUP şirkətinin saytında Heydər Əliyev adına beynəlxalq hava limanının yeni terminalının layihəsini yerləşdirib. Simsar.az şirkətin saytına istinadən bildirir ki, terminal il ərzində 3 milyon sərnişinə xidmət edəcək. Terminalın sahəsi 53 min kv.m-dir. Şirkət qeyd edib ki, terminal beynəlxalq standartlara uyğun tikiləcək. Burada həmçinin istirahət və ticarət üçün xüsusi zona ayrılması nəzərdə tutulur. 

ARUP bildirib ki, dizayn zamanı AZAL-ın məsləhətləri nəzərə alınıb. Araşdırma zamanı bəlli olub ki, terminalın yerləşəci yer seysmik cəhətdən aktiv zonadır. Ona görə də terminalın metal qurğuları möhkəm materiallardan təşkil ediləcək.

Terminalın tikintisi 2011-cidə başlayacaq. Tikintini 2013-cü ildə sona çatdırmaq nəzərdə tutulur.

2 Fevral, 2011  20:43 Baxılıb: 5358

Bu bölmədə