Simsar.az | bizi özünüzə Simsar bilin
Suyun qiymətinin qalxmasına etiraz Şirvandan gəldi

Narazılar prezidentə müraciət etdi

Suyun qiymətinin qaldırılması ilə bağlı Tarif Şurasının qərarına ilk kütləvi etiraz Şirvan sakinlərindən gəldi. Milli Büdcə Qrupundan verilən məlumata görə, Şirvan şəhərində dəyirmi masa keçirilib. Şəhər fəallarının qatıldığı tədbirdə şəhərdəki qaz qıtlığı və suyun qiymətinin qaldırılması müzakirə olunub. 
Verilən suyun gigiyenik normalara cavab vermədiyi halda, suyun qiymətinin qaldırılmasının yolverilməz olduğu bildirilib. Qərara alınıb ki, Şirvan şəhərində əhaliyə içməli suyun əvvəlki qiymətə satılması, Şirvanda yeni sutəmizləyici stansiyanın inşasına tezliklə başlanılması xahişi ilə şəhər ictimaiyyəti adından Azərbaycan Respublikasının prezidentinə müraciət göndərilsin.

RAMİL

2 Fevral, 2011  20:25 Baxılıb: 1987

Bu bölmədə