Simsar.az | bizi özünüzə Simsar bilin
AŞPA həmməruzəçiləri Azərbaycan müxalifət partiyalarının sədrləri ilə görüşüblər

 Bakıda səfərdə olan Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt Font de Mora və Cozef Debono Qrex bu gün müxalifət partiyalarının sədrləri ilə görüşüb.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev və Ümid Partiyasının sədri İqbal Ağazadə ilə baş tutan görüşlərin hər biri ayrı-ayrılıqda keçirilib.

Hər üç görüş zamanı Azərbaycandakı ictimai-siyasi vəziyyət, ölkənin regiondakı rolu, son dövrlər Yaxın Şərq və digər müsəlman ölkələrində baş verənlər və s. bu kimi məsələlər müzakirə olunub. Görüşlərdə Azərbaycanda keçirilən 2010-cu il parlament seçkiləri, seçkilərdən sonrakı vəziyyət və ölkədaxili siyasi proseslər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Jozef Debono Qrex (Joseph Debono Grech - Malta) və Pedro Aqramunt (Pedro Agramunt – İspaniya) Bakıya dünən gəliblər. Fevralın 3-dək davam edəcək görüş zamanı həmməruzəçilərin bir sıra görüşləri nəzərdə tutulub.

2 Fevral, 2011  20:12 Baxılıb: 1734

Bu bölmədə