Simsar.az | bizi özünüzə Simsar bilin
Azərbaycan milli komandası FİFA-nın reytinqində gerilədi

Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması ötən reytinqlə müqayisədə 2 pillə geriləyib. İlk “yüzlüy”ü tərk etmək üzrə olan millimiz indi 344 xalla 99-cu yerdədir. Berti Foqtsun çalışdırdığı komandamız UEFA-nın reytinqində 44-cü pillədə gedir.

Yığmamızın Avro-2012-nin seçmə mərhələsindəki rəqiblərindən Almaniya (3-cü yer, 1485 xal), Türkiyə (31-ci yer, 741), Belçika (58-ci yer, 526) və Qazaxıstan (137-ci yer, 167) mövqelərində qalıb. Yalnız Avstriya 1 pillə irəliləyərək, 569 xalla 45-ci yerdədir. Fevralın 9-da Dubayda yoldaşlıq görüşündə rəqibimiz olan Macarıstan yığması 4 pillə irəliləyib (37-ci yer, 632).

Reytinqə əvvəlki tək son Avropa və dünya çempionu İspaniya yığması (1887) başçılıq edir. Hollandiya 1723 xalla 2-ci yerdə qalıb.

Qeyd edək ki, millimiz yanvarda FİFA-nın reytinqində 6 pillə irəliləmişdi.

2 Fevral, 2011  18:53 Baxılıb: 1853

Bu bölmədə