Simsar.az | bizi özünüzə Simsar bilin
Misirdə türk jurnalist oğurlandı

Naməlum şəxslər Qahirədə “Fox TV”nin müxbirini qaçırıblar

Misirin paytaxtı Qahirədə Türkiyənin “Fox TV” telekanalının müxbiri Erol Candabakoğlu qaçırılıb. Lent.az-ın “haberturk.com” saytına istinadən verdiyi məlumata görə, Anadolu Agentliyinin müxbirinə zəng edən Erol Candabakoğlu şəhərin Bolak məhəlləsində çəkiliş aparan zaman əlində bıçaq və dəyənək olan bir dəstə tərəfindən qaçırıldığını bildirib. 


Türkiyənin Misirdəki səfirliyi müxbirin tapılması üçün Misir hakimiyyət orqanları ilə axtarışlara başlayıb.

2 Fevral, 2011  18:32 Baxılıb: 1809

Bu bölmədə