Simsar.az | bizi özünüzə Simsar bilin
Ter-Petrosyan narkobizneslə məşğuldur

Nufuzulu sayt Ermənistanın iri məmurlarını narkotik alverində əli olduğunu bildiri

“Vikiliks” saytı ABŞ Dövlət Deprtamenti ilə bağlı daha bir bir informasiyanı açıqlayıb. Simsar.az-ın məlumatına görə, bu dəfə diplomat yazışmalarını “Vikiliks” saytına istinadla Norveçin “Aftenposten” qəzeti yayımlayıb. 
Bu sənədlər İrandan Avropaya ötrülən narkotiklərlə bağlıdır. ABŞ-ın Bakıdakı səfirliyi 2008-ci ildə Dövlət Departamentinə göndərdiyi məlumatda bildirir ki, İrandan gələn narkotiklər Azərbaycan-Gürcüstandan keçməklə Qara dənizə ötürülür. Qeyri qanunui marşrutlardan biri də işğal altında olan Qarabağ və Ermənistandır.
“ABŞ səfirliyi və Azərbaycan hakimiyyətinin rəsmiləri hesab edir ki, Ermənistanın yüksək rütbəli məmurları, o cümlədən bu ölkənin ilk prezidenti Levon Ter-Petrosyan İrandan ötürülən narkotiklərdən yaxşı qazanc götürüblər”-deyə teleqramda bildirlrir. Sənəd Dövlət Depratamentinə 26 sentyabr 2008-ci ildə göndərilib.

2 Fevral, 2011  17:24 Baxılıb: 1799

Bu bölmədə