Türkiyəni şoka salan xəbər
PKK-nın təbliğatını aparan telekanal Nobel sülh mükafatına namizəd göstərilib Türkiyəni parçalamağa çalışan PKK terror təşkilatının təbliğat ruporlarından olan “Roj TV” bu ilki Nobel mükafatına namizəd göstərilib. Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, Danimarkada fəaliyyət göstərən və separatizmi təbliğ edən telekanalı Nobel mükafatına namizəd göstərən 150 nəfərlik qrupda Cənubi Afrikadan olan, əvvəllər Nobel mükafatına layiq görülmüş rahib Desmond Tutu, dünyada ilk işgəncədən müalicə və reabilitasiya mərkəzi quran professor İnge Genefke, Danimarka Helsinki Komitəsinin üzvü Tue Magnussen, BMT-nin İşgəncələrlə Mübarizə Komitəsinin üzvü Bent Sörenson, bir sıra Avropa ölkələrinin deputatları, professorlar və QHT-lər var.
2 Fevral, 2011 16:56 ⁄ Baxılıb: 1899
Bu bölmədə1 Mart, 2024 Zelenskinin Ermənistana səfəri baş tutmayacaq22 Noyabr, 2022 Putin Soltanovskiyi vəzifəsindən azad etdi25 Oktyabr, 2022 Britaniyanın yeni Baş naziri vəzifəsinin icrasına başladı8 İyun, 2022 İranda qatar qəzası - 17 ölü, 50 yaralı |