Simsar.az | bizi özünüzə Simsar bilin
Taksilər və avtobuslar gediş haqqını artırır

Dəmir yolundakı bahalaşma nəqliyyatın digər növlərini də «tərpətdi»

«Azərbaycan Dəmir Yolları» QSC-də qiymətlərin qalxması 
Nəqliyyatın digər vasitələrində də bahalaşmaya səbəb olub.
Simsar.az-a verilən məlumata görə, Bakıdakı rayonlara işləyən taksilər biletlərin bahalaşmasında istifadə edərək gedişhaqqını artırıblar.
Qeyd edək ki, Tarif Şurasının qərarından sonra fevralın 1-də dəmiryolunda marşrutlar üzrə biletlərin qiymətləri vaqonun tipindən asılı olaraq qaldırılıb. Qiymətlər adi qatarlarda 3-19 manat, sürət firma qatarlarında 14-25 manat arasında dəyişir.
Qiymətlərin bahalaşması dəmir yolunun xidmətlərindən istifadə edənlərin sayına da artıq müəyyən təsirlər göstərib. Belə ki, insanlar rayonlara artıq qatarlarla deyil, avtobus və taksilərlə getməyə üstünlük verirlər ki, bu da bu sahədə təlabatın artmasına səbəb olur. Rayonlara gedən marşrut avtobusları onsuz da, sərnişindaşımanı biletdə göstərilən qiymətlər əsasında deyil, özlərinin müəyyənləşdirdiyi tariflə həyata keçirirdilər. Yeni bahalaşmanın nəinki taksi, hətta avtobus marşrutlarında da qiymətlərin artmasına gətirib çıxaracağı gözlənilir.

RAMİL

2 Fevral, 2011  16:47 Baxılıb: 2252

Bu bölmədə