Simsar.az | bizi özünüzə Simsar bilin
İşığın, benzinin qiymətləri qalxmayacaq

Tarif Şurasının katibi belə deyir

Dəmiryolunda gedişhaqqınan və suyun qiymətləri qalxandan sonra qazın, benzinin, elektrik enerjisinin də qiymətlərinin qalxacağı barədə cəmiyyətdə söz-söhbətlər dolaşır. Amma 
Tarif Şurasının katibi Elşən Əsədovsa AzadlıqRadiosuna açıqlamasında bildirib ki, yaxın aylarda benzinin, qazın, elektrik enerjisinin qiymətinin artması ilə bağlı müraciətlər yoxdur və müzakirə də aparılmır.

Təxminən bir ay öncə Tarif Şurasının katibi Elşən Əsədov AzadlıqRadiosuna demişdi ki, qiymət artımı ilə bağlı onlara müraciət gəlməyib. «Əhalini maraqlandıran benzindi, qazdı, sudu - bununla bağlı bizdə müraciət və müzakirə yoxdur».

RAMİL

2 Fevral, 2011  16:28 Baxılıb: 1868

Bu bölmədə