Simsar.az | bizi özünüzə Simsar bilin
Hacı 10 ildən sonra böyük məbləğdə cərimələndi

Türkiyənin “Qalatasaray” klubunun baş məşqçisi George Hacı futbolçu olduğu dövrdə oyun vaxtı hakimin üzünə tüpürdüyü üçün 15000 lirə (7500 manat) cərimələnib.

Hadisə 10 mart 2001-ci ildə “Qalatasaray” və “Gənclərbirliyi” komandaları arasında keçirilmiş qarşılaşmada baş verib. 

Hacı ona qırmızı vərəqə göstərən referi Erol Ersoya tüpürüb. Ersoy isə onu məhkəməyə verib. Məhkəmə 2011-ci il yanvarın 31-də hökm verib. Hacı haqsız yerə iki sarı vərəqə aldığını iddia edərək, baş hakimə tüpürmədiyini, onun ayağını tapdalamadığını və meydançada söymədiyini bildirib. Lakin məhkəmə 15000 lirənin 10 mart 2001-ci ildən etibarən faizi ilə birgə ödənilməsinə dair qəti qərar verib.

1 Fevral, 2011  22:02 Baxılıb: 1996

Bu bölmədə