Simsar.az | bizi özünüzə Simsar bilin
Hakim partiya: "İnqilab olmayacaq"

“Ola bilsin, istəkləri var, amma mən bunu xəyallar sferasına aid edirəm”

“Azərbaycanda ictimai-siyasi sabitlik var. Biz Azərbaycanda hər hansı bir formada Tunis və Misirdəkinə bənzər hadisə proqnozlaşdırmırıq. Bunun üçün hər hansı əsas görmürük”. Fevralın 1-də jurnalistlərə danışan deputat, YAP icra katibi Əli Əhmədov belə deyib. 
Əli Əhmədov qeyd edib ki, istər ölkə daxilində, istər ölkədən kənarda olan bəzi qüvvələr Azərbaycanda sabitliyin pozulmasını arzulaya bilər: “Ancaq qəti şəkildə bildirmək istəyirəm ki, nə daxildəki, nə də kənardakı qüvvələrin sabitliyi pozmaq imkanları var. Ola bilsin, istəkləri var, amma mən bunu xəyallar sferasına aid edirəm”.

1 Fevral, 2011  21:05 Baxılıb: 1854

Bu bölmədə