AŞPA həmməruzəçiləri MTRŞ sədri ilə görüşüblər
Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt Font de Mora və Cozef Debono Qrex Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli ilə görüşüb. Bu barədə APA-ya MTRŞ-dan məlumat verilib. N. Məhərrəmli MTRŞ tərəfindən televiziya və radio yayımı sahəsində görülmüş işlər, rəqəmsal yayıma keçid, yeni yaranmış teleradio yayımçılarının fəaliyyəti və parlament seçkisi dövründə teleradio yayımında seçkiqabağı təbliğatın və təşviqatın aparılması ilə bağlı məlumat verib.
1 Fevral, 2011 20:53 ⁄ Baxılıb: 1753
Bu bölmədə26 Aprel, 2024 İlham Əliyev Berlindədir17 Aprel, 2024 İlham Əliyev qəbul keçirdi |