ƏLİ ƏHMƏDOV: “TUNİS və MİSİRDƏKİNƏ BƏNZƏR HADİSƏ PROQNOZLAŞDIRMIRIQ”
“Azərbaycanda ictimai-siyasi sabitlik var. Biz Azərbaycanda hər hansı bir formada Tunis və Misirdəkinə bənzər hadisə proqnozlaşdırmırıq. Bunun üçün hər hansı əsas görmürük”. Fevralın 1-də jurnalistlərə danışan deputat, YAP icra katibi Əli Əhmədov belə deyib. Əli Əhmədov qeyd edib ki, istər ölkə daxilində, istər ölkədən kənarda olan bəzi qüvvələr Azərbaycanda sabitliyin pozulmasını arzulaya bilər: “Ancaq qəti şəkildə bildirmək istəyirəm ki, nə daxildəki, nə də kənardakı qüvvələrin sabitliyi pozmaq imkanları var. Ola bilsin, istəkləri var, amma mən bunu xəyallar sferasına aid edirəm”.
1 Fevral, 2011 20:33 ⁄ Baxılıb: 1707
Bu bölmədə26 Aprel, 2024 İlham Əliyev Berlindədir17 Aprel, 2024 İlham Əliyev qəbul keçirdi |