"Türk-erməni dostluğu" abidəsinin söküləcəyi qərarı yoxdu
Türkiyənin Qars Bələdiyyəsinin Məclisi fevralın 1-i və ya 2-də türk-erməni dostluğunun simvolu sayılan abidənin söküləcəyi barədə qərar qəbul edəcək. Bu barədə APA-ya Qars Bələdiyyəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Özləm Öztürk məlumat verib. Onun sözlərinə görə, qərar verildikdən sonra texniki hesablamalar aparılacaq və abidə söküləcək: “Abidənin başqa bir yerə aparılması məsələsi də var idi. Belə ki, İzmir şəhərinin Karşıyaka bələdiyyəsi bu abidəni bizim bələdiyyədən istəmişdi. Karşıyaka bələdiyyəsinin başqanı da bura gəlmişdi. Onlar abidəni Karşıyakadakı bir parkda ucaltmaq istəyirdilər. Lakin həmin bələdiyyə sonradan bizə abidəni apara bilməyəcəkləri barədə raport göndərdilər. Beləliklə, abidə heç bir yerə aparılmadan yerindəcə söküləcək”.
1 Fevral, 2011 18:01 ⁄ Baxılıb: 1822
Bu bölmədə26 Aprel, 2024 İlham Əliyev Berlindədir17 Aprel, 2024 İlham Əliyev qəbul keçirdi |