Simsar.az | bizi özünüzə Simsar bilin
Lujkova Britaniyada yaşamaq hüququ verilib

Moskvanın sabiq meri Yuri Lujkov Böyük Britaniyada yaşamaq hüququ alıb.

Simsar.az-ın “newsru.com” saytına istinadən verdiyi məlumata görə, Yuri Lujkov Böyük Britaniya vizasını çətinliklə əldə etsə də, yaşamaq hüququ almaqda ciddi çətinliklə üzləşməyib. 

Böyük Britaniyanın Rusiyadakı səfirliyindən bildirilib ki, belə status almaq istəyən şəxsin Böyük Britaniyada daşınmaz əmlakının olması və ölkənin iqtisadiyyatına 200 min funt sterlinq sərmayə qoyması lazımdır. Ancaq səfirlik Moskvanın sabiq merinin Böyük Britaniyaya hansı müddətdə maneəsiz gəlib-gedəcəyini açıqlamayıb.

Hələ Yuri Lujkovun Böyük Britaniyada yaşamaq hüququ aldığı rəsmən təsdiqlənməyib.

1 Fevral, 2011  16:08 Baxılıb: 1951

Bu bölmədə