Simsar.az | bizi özünüzə Simsar bilin
Moskva taksiləri fövqəladə hallarda vətəndaşlara pulsuz xidmət edəcək

Bakı - APA-ECONOMICS. Moskva hökuməti taksi şirkətləri ilə müqavilə bağlayıb. “APA-ECONOMICS”in xəbərinə görə, razılaşma fövqəladə hallarda Rusiya paytaxtında taksilərin vətəndaşlara pulsuz xidmət etməsini nəzərdə tutur.

Bir neçə iri taksi şirkəti bu proqramda iştirak etməyə razılıq verib. Fövqəladə hallarda 2700 taksi dərhal hadisə yerinə göndəriləcək və sərnişinləri pulsuz daşıyacaq. Taksi sürücülərinin məsrəflərini isə Moskva hökumətinin büdcəsindən ödəniləcək.

Qeyd edək ki, bu qərarın qəbul edilməsinə səbəb ötən ay “Domodedovo” aeroportunda baş verən terror aktından sonra yaranmış situasiya olub. Həmin gün bir sıra taksi sürücüləri sərnişinləri hava limanından Moskvaya daşımaq üçün fantastik məbləğdə - 15-20 min rubl (500-670 dollar) tələb etməyə başlayıblar. Bu isə həm vətəndaşlar, həm də rəsmi şəxslər arasında kəskin etiraz doğurub.

1 Fevral, 2011  15:45 Baxılıb: 1990

Bu bölmədə