Simsar.az | bizi özünüzə Simsar bilin
QAZAXISTANDA NÖVBƏDƏNKƏNAR PREZİDENT SEÇKİSİNƏ GEDİLİR

Dövlət başçısı Nursultan Nazarbayev Qazaxıstanda növbədənkənar prezident seçkisi keçirmək təklifi verib.

Prezident bu təklifi rəsmən parlamentə göndərəcəyini açıqlayıb. Prezident seçkinin nə zaman keçiriləcəyini bildirməsə də, onun bu il baş tutacağı istisna olunmur. Qazaxıstanda növbəti prezident seçkisi 2012-ci ildə keçirlməli idi. 

Yanvarın 31-də Qazaxıstanın Konstitusiya Şurası prezident Nazarbayevin səlahiyyət müddətinin 2020-ci ilə qədər artırılması üçün parlamentin qəbul etdiyi qanunu təsdiqləməyib. Həmin qanunda Nazarbayevin səlahiyyət müddətinin artırılması məqsədilə konstitusiya referendumu keçirilməsi nəzərdə tutulurdu.

Yanvarın 17-də Nazarbayev parlamentin bu qərarını baxılması üçün Konstitusiya Şurasına göndərmişdi.

31 Yanvar, 2011  21:22 Baxılıb: 1883

Bu bölmədə