Simsar.az | bizi özünüzə Simsar bilin
Kəmaləddin Heydərov və Artur Rəsizadə məhkəmə qarşısında

Saatlı və Sabirabad sakinləri Nazirlər Kabieti və FHN-ni ittiham edirlər

Kür daşqınları ilə bağlı dəymiş ziyanın ödənilməsi tələbi ilə bir qrup Saatlı və Sabirabad sakini Nazirlər Kabineti və Fövqəladə Hallar Nazirliyini məhkəməyə verib. Səbael rayon Məhkəməsi iddia ərizəsini icraata götürməkdən imtina etdiyi üçün Apellyasiya Məhkəməsinə müraciət edilib.

Bu barədə simsar.az -a məlumatı "KÜR" Vətəndaş Cəmiyyəti Qərargahının nümayəndəsi Oqtay Gülalıyev verib. Onun sözlərinə görə, fevralın 3-də Apellyasiya Məhkəməsində müraciətə baxılacaq. Sakinlərin hüquqlarını müdafiəsini Kür Vətəndaş Cəmiyyəti müdafiə edəcək. Vəkilləri isə Hüquq Maarifçilik Cəmiyyətinin sədri İntiqam Əliyevdir. 
Fevralın 2-də hər iki rayonun sakinləri və Kür Vətəndaş Cəmiyyətinun nümayəndələri Repartiyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunda mətbuat konfransı keçirəcəklər.

Ruslan

31 Yanvar, 2011  20:36 Baxılıb: 3583

Bu bölmədə