Simsar.az | bizi özünüzə Simsar bilin
Parlamentin yaz sessiyası başlayır

Sabah dördüncü çağırış Milli məclisin 2011-ci il yaz sessiyası başlayır.

Parlamentin mətbuat katibliyindən Simsar.az-a verilən məlumata görə, yaz sessiyasının işlər planına 17 məsələ daxildir. Bunların arasında Seçki Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə, ”Dövlət qulluğu haqqında” qanuna əlavə və dəyişikliklər, “İcbari sığortalar haqqında” qanun layihəsi də var.

Seçki Məcəlləsinə əlavə və dəyişikliklər yaz sessiyasının elə birinci iclasında müzakirə olunacaq.

31 Yanvar, 2011  19:19 Baxılıb: 1714

Bu bölmədə