Simsar.az | bizi özünüzə Simsar bilin
Gürcüstan XİN Azərbaycanın Misirdəki səfirliyinin əməkdaşının həlak olması ilə bağlı başsağlığı verib

Gürcüstanın Xarici İşlər Nazirliyi Qahirədə Azərbaycan səfirliyinin əməkdaşının həlak olması ilə bağlı başsağlığı verib.

Bununla bağlı dərc olunmuş bəyanatda deyilir: “Gürcüstan Xarici İşlər Nazirliyi baş sağlığı verir və həlak olanın ailəsinin kədərinə şərik olur”.
Xatırladaq ki, yanvarın 29-da Azərbaycanın Misirdəki səfirliyinin mühasibi Nicat Qocayev axşam işdən evə qayıdarkən aldığı güllə yarasından ölüb.

Bu gecə Misirdən 105 azərbaycanlı evakuasiya olunaraq təyyarə ilə Azərbaycana gətirilib. N. Qocayevin cənazəsi də həmin təyyarə ilə Bakıya gətirilərək, doğulduğu Ağcabədi rayonuna yola salınıb.

31 Yanvar, 2011  17:55 Baxılıb: 1718

Bu bölmədə