Simsar.az | bizi özünüzə Simsar bilin
“İRƏLİ” Gənclər Mərkəzinin açılış mərasimi keçiriləcək

Gənclər günü ərəfəsində “İRƏLİ” İctimai birliyi paytaxtda və rayonlarda irimiqyaslı layihələrin həyata keçirilməsini planlaşdırır.

Tədbirlər çərçivəsində fevralın 1-də İçəri Şəhərdə (Sabir küçəsi 3, Azərbaycan Respublikası Gənclər və İdman nazirliyi, Atəşgah Sığorta və “hp” şirkətinin dəstəyi ilə “İRƏLİ” Gənclər Mərkəzi adlanacaq çoxfunksiyalı, ümumi ərazisi min kvadrat metr olan gənclər mərkəzinin açılış mərasimi keçiriləcək. “İRƏLİ” İctimai Birliyindən Milli.Az xəbər portalına daxil olan məlumata görə, mərasimdə gənclər və idman naziri Azad Rəhimov, Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov, millət vəkili Ceyhun Osmanlı, müxtəlif biznes, media və digər sektorları təmsil edən qonaqlar iştirak edəcəklər.

31 Yanvar, 2011  17:55 Baxılıb: 2014

Bu bölmədə