MM yaz sessiyasının qanunvericilik işlər planını açıqladı
Milli Məclisin 2011-ci il yaz sessiyasının işlər planına aid olan məsələlər açıqlanıb. Bu barədə Simsar.az saytına açıqlama verən qurumun mətbuat katibi Akif Təvəkküloğlu deyib ki, yaz sessiyasının işlər planına 17 məsələ daxildir: “Milli Məclisin daxili nizamnaməsinə görə, 2011- ci ilin yaz ssesiyası sabahdan etibarən öz işinə start verir. Qeyd edim ki, gündəlikdən əlavə hər sessiyanın özündə yüzlərlə məsələ müzakirə olunur. Qanunverici təşəbbüslə bu səlahiyyətdə olan qurumlar təşəbbüs irəli sürə bilər. Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Ali Məhkəməsi, Baş prokurorluq və Naxcıvan MR Ali Məclisi qanunveriçilik təşəbbüsü irəli sürmək səlahiyyətinə malikdirlər. İlk iclasda hər sessiyada olduğu kimi yeni sessiyanın qanunvericiliyə dair işlər planı təsdiqlənəcək”.
31 Yanvar, 2011 17:55 ⁄ Baxılıb: 1753
Bu bölmədə17 Aprel, 2024 İlham Əliyev qəbul keçirdi14 Mart, 2024 Erməni qoşunları bu kəndlərdən çıxarılır |