Simsar.az | bizi özünüzə Simsar bilin
Qarabağ və Respublika Uğrunda Hərəkat bərpa olunur

Bir neçə siyasi partiya Qarabağ və Respublika Uğrunda Hərəkatının yenidən bərpa etmək barədə razılığa gəlib

Bunu “Qarabağ” siyasi blokunun Məmməd Əmin Rəsulzadənin xatirəsinə həsr olunmuş tədbirində Ümid Partiyasının sədri İqbal Ağazadə bildirib. O qeyd edib ki, Qarabağ və Respublika Uğrunda Hərəkatın bərpası ilə bağlı Vətəndaş və İnkişaf Partiya, Liberal partiya, Ümid Partiyası və Azərbaycan Demokrat Partiyası arasında razılaşma əldə olunub və yaxın günlərdə bununla bağlı sənəd imzalanacaq. 

İqbal Ağazadə deyib ki, bu hərəkat həm də milli həmrəyliyə tərəfdar olan Məmməd Əmin Rəsulzadənin xatirəsinə mühüm töhfədir.

31 Yanvar, 2011  17:47 Baxılıb: 1725

Bu bölmədə