MTN Azərbaycandakı terror xofu barədə açıqlama yaydı
ABŞ səfirliyi: “Təhlükənin xarakteri və məlumatın mənbəyi barədə şərh verə bilmərik” Bakı. Viktoriya Dementyeva. Laçın Sultanova-APA. ABŞ və Böyük Britaniya Azərbaycanda terror təhlükəsi ehtimalı ilə əlaqədar öz vətəndaşlarına xəbərdarlıq ediblər. APA-nın məlumatına görə, ABŞ Dövlət Departamenti bununla bağlı Azərbaycandakı ABŞ vətəndaşları üçün xəbərdarlıq yayıb: “Dövlət Departamenti terror təhlükəsi haqqında malik olduğu informasiyaya əsaslanaraq ABŞ vətəndaşlarını Azərbaycanda, o cümlədən ABŞ maraqlarına qarşı ehtimal olunan terror aktları ilə əlaqədar öz vətəndaşlarına xəbərdarlıq edir. Azərbaycandakı ABŞ vətəndaşları xüsusilə ictimai yerlərdə sayıq olmalı, öz şəxsi təhlükəsizlikləri ilə bağlı sayıqlıq nümayiş etdirməlidir”.
31 Yanvar, 2011 16:52 ⁄ Baxılıb: 1856
Bu bölmədə17 Aprel, 2024 İlham Əliyev qəbul keçirdi14 Mart, 2024 Erməni qoşunları bu kəndlərdən çıxarılır |