Simsar.az | bizi özünüzə Simsar bilin
Nicat Qocayev sifarişlə qətlə yetirilib?

Onun hansısa xüsusi tapşırığı icra etdiyi zaman snayperlə vurulduğu bildirilir

Xəbər verildiyi kimi, Misirdə baş verən iğtişaşlarda Azərbaycanın bu ölkədəki səfirliyinin əməkdaşı (mühasib) da həlak olub. Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Səfirliyin mühasibi 25 yaşlı Nicat Qocayev yanvarın 29-da axşam işdən evə qayıdarkən aldığı güllə yarasından ölüb. Onun cəsədinin dünən Bakıdan göndərilmiş xüsusi təyyarə ilə Azərbaycana gətiriləcəyi bildirilirdi. Nicat Qocayev əslən Ağcabədidəndir. Ailənin tək övladı olub. Misirdə bir neşə ay idi işləyirdi.

Əsas olan bir versiya

N.Qocayev snayperlə vurulub. Onun snayperlə, özü də başından vurulması qətlin sifarişlə həyata keçirildiyini deməyə əsas verir. Adının çəkilmısini istəməyən hərbi eksper daha çox bu versiyanın üzərində dayanır. Onun izahı qənaətimizi bir qədər də möhkəmləndirdi.
“Müharibə şəraitində belə hallara tez-tez rast gəlinir. Çoxunun düşünmədiyini əlində silah olan tərəf bilir. Güman ki, silahlılarda bizim həmvətənimizin hansısa tapşırıq yerinə yetirməsi ilə bağlı informasiya olub” deyə, ekspert bildirib. Azərbaycanda isə səfirliyinin əməkdaşının hansı şəraitdə həlak olması barədə ətraflı məlumat yayılmayıb.


Dövlət başçısının göstərişi

Prezident İlham Əliyev Azərbaycan vətəndaşlarını ölkəyə gətirmək üçün Misirə təyyarə göndərilməsi barədə müvafiq göstəriş verib. Artıq XİN-də şəraitə uyğun bəyanat yayıç: “Azərbaycan vətəndaşları Misirə getməsinlər!”.
Misiri tərk etmək istəyən Azərbaycan vətəndaşları təyyarələr vasitəsilə ölkəyə gətiriləcək. Misirə lazımi sayda təyyarə göndərilib. Vətənə dönmək istəyənlər Qahirədəki səfirliyimizdə yaradılmış “Qaynar xətt”ə müraciət etməlidirlər. Onlara hər cür köməklik göstəriləcək.

Misirdəki 60 yerlimiz qayıdır

Azərbaycanın Misirdəki səfirliyinin birinci katibi Hikmət Hacıyevin ANS-ə verdiyi məlumata görə, artıq 60 nəfər evakuasiya üçün səfirliyə müraciət edib: “Hal-hazırda səfirlik tərəfindən 50-yə yaxın Azərbaycan vətəndaşı siyahıya alınıb. Müraciətlərin qəbul olunması hələ də davam etdirilir. Ümumiyyətlə, Misirdə qeydiyyatda olan Azərbaycan vətəndaşlarının sayı 70-ə qədərdir. Onların bəziləri müəyyən işlərlə əlaqədar başqa yerlərdədirlər. Amma hazırda səfirliyə müraciət edən və səfirliklə əlaqə saxlayan 60 nəfərdir ki, onların da təxliyyəsi planlaşdırılır. Yəqin ki, bu siyahı dəyişə də bilər. Ola bilsin ki, müraciət edənlərin sayı artsın. Səfirlik öz tərəfindən bir daha Azərbaycanlı vətəndaşlara müraciət edərək onların təxliyyəsini tövsiyə edir”.

RUSLAN

31 Yanvar, 2011  16:45 Baxılıb: 4248

Bu bölmədə