Simsar.az | bizi özünüzə Simsar bilin
Qahirədə baş verən iğtişaşlarda Azərbaycanın Misirdəki səfirliyinin əməkdaşı həlak olub

Misirdə baş verən iğtişaşlarda Azərbaycanın bu ölkədəki səfirliyinin əməkdaşı həlak olub. Bu barədə APA-ya Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov məlumat verib.

E. Poluxovun sözlərinə görə, səfirliyin mühasibi Nicat Qocayev yanvarın 29-da axşam işdən evə qayıdarkən aldığı güllə yarasından ölüb. 

Onun meyiti bu gün Azərbaycana gətiriləcək.

Qeyd edək ki, prezident İlham Əliyev Azərbaycan vətəndaşlarını ölkəyə gətirmək üçün Misirə təyyarə göndərilməsi barədə müvafiq göstəriş verib. Misir tərk etmək istəyən Azərbaycan vətəndaşları təyyarələr vasitəsilə ölkəyə gətiriləcək. Bunun üçün Misirə lazımi sayda təyyarə göndəriləcək.

Bunun üçün Misirdə yaşayan Azərbaycan vətəndaşları Qahirədəki səfirliyimizdə yaradılmış “Qaynar xətt”ə müraciət etməlidirlər. Onlara hər cür köməklik göstəriləcək.

30 Yanvar, 2011  20:51 Baxılıb: 1755

Bu bölmədə