Simsar.az | bizi özünüzə Simsar bilin
Misirdə 100 nəfər öldürüldü

Misirin İsgəndəriyyə şəhərində aksiya iştirakçıları ilə polislər arasında yaranmış qarşıdurmada 20 nəfərin ölüdyü bildirilir.

Yaralıların sayı barəsində isə məlumat yoxdur. Bu barədə “Əl-Cəzirə” kanalı hadisə yerində olan müxbirinə istinadən məlumat verib.

Misirin Səhiyyə Nazirliyinin açıqlamasında isə bildirilir ki, son iki gündə aksiyalar zamanı 38 nəfər ölüb, 2 min nəfər yaralanıb. Ümumilikdə isə aksiyalar başlayan gündən ən azı 45 nəfərin öldüyü bildirilir.

Rusiya mətbuatı isə ölənlərin sayının 100 nəfəri keçdiyini yazır.

Misirin paytaxtı Qahirə şəhərində hakimyyətə etiraz edən aksiya iştirakçıları Daxili İşlər Nazirliyinin binasına hücum edib. Binanın mühafizəsini təşkil edən asayiş keşikçiləri ilə aksiya iştirakçıları arasında toqquşma olub. Əl-Cəzirə kanalının yaydığı məlumata görə, minə yaxın etirazçı binanı tutmağa cəhd ediblər. Polis onlara atəş açıb. Ölən və yaralananlar oluduğu bildirilir. Aksiya iştirakçılarının təhlükəsizliyini təmin edən hərbçilərlə polislər arasında atışma başlayıb. "Əl-Cəzirə"nin yaydığı məlumata görə, hazırda atışma davam edir.

Qeyd edək ki, Misirdə hakimiyyət əleyhinə irimiqyaslı etiraz aksiyaları başlayıb. Misirin paytaxtı qahirə şəhərindən başlanan aksiyalar qısa müddətdə ölkənin digər şəhərlərində davam etdirilib. Aksiya iştirakçıları Misir prezidenti Hüsnü Mübarəkin istefasını tələb edirlər. Hakimiyyət aksiyanı dağıtmaq üçün ölkə üzrə fövqəladə vəziyyət eldan edib, şəhərlərə iri hərbi texnikalar yeridib. Baş verən qarşıdurmalar zamanı 45 nəfər həlak olub.

30 Yanvar, 2011  02:36 Baxılıb: 1791

Bu bölmədə